Olay
Olay

Hadiseylə biznesmen sevgilisi qəzaya düşdü

Hadiseylə biznesmen sevgilisi qəzaya düşdü

Müğənni Hadise və biznesmen Mehmet Dinçerler cütlüyü həftəsonu istirahəti üçün İzmirin Çeşmə bölgəsinə yollanıb.

OLAY yazır ki, iki gün orada vaxt keçirən sevgililər geri qayıdarkən qəzaya düşüb.

İş adamı avtomobili sürərkən təkəri partlayıb, Dinçerler idarəetməni itirib. O, maşını dayandırmağı bacarsa da, Hadisenin qorxudan ürəyi gedib. Hadisə yerinə gələn polislər avtomobili evakuatorla aparıb.

Onların cütlüyə “Siz buradan necə sağ çıxmısız?” dediyi bildirilib. Daha sonra Hadiseyle Mehmet başqa bir avtomobilə minərək İstanbula qayıdıblar.

Qeyd edək ki, sevgililər bir neçə aydır eşq yaşayır. Mehmet Dinçerler məşhur qəhvə restoranları şəbəkəsindən birinin sahibidir.