Müğənni Hadisenin sevgilisi Mehmet Dinçerler iş həyatı ilə bağlı problemlər yaşayıb.
OLAY yazır ki, Mehmetin “Gloria Jeans” brendinin bağlı olduğu “Grup DNC Gıda Aş” və digər iki ortaq şirkət üçün 2019-cu ildə konkordat (razılaşma - red) tələb edilib. Beləliklə, Mehmetin özü, atası Burhan Dinçerler və qardaşı Muhammet Dinçerler üçün də eyni qərarın tətbiq olunması istənilib.
Məhkəmə hər üç şirkətin konkordat tələbini qəbul edib. Bununla da Dinçerler ailəsi 130 milyon türk lirəsi borcla üz-üzə qalıb. Hətta bu borca görə şirkətlər müsadirə oluna bilər.