Həm Ukrayna, həm də Rusiyada fəaliyyət göstərən pop ulduz, “VIA Gra” qrupunun keçmiş üzvü Vera Brejneva iki ölkə arasında yaranan gərginlikdən yazıb.
OLAY yazır ki, instaqram hesabında paylaşım edən sənətçi kədərli olduğunu dilə gətirib:
“Kiminsə şübhəsi varsa, bu həqiqətdir, yay yox? Bəli, bu həqiqətdir. Ukrayna partlayışlar və hava hücumu sirena səsləri ilə oyandı. Partlayışlar indi də var! Biz sonadək inanmırdıq. Ukrayna sülhsevər ölkədir. Biz dünyada sülh istəyirik. Biz müharibəyə qarşıyıq. Heç bir şey müharibəyə haqq qazandıra bilməz. Onu dayandırın”.
Vera Brejneva onu da vurğulayıb ki, hətta ən pis yuxularında belə Rusiyanın nə vaxtsa Ukraynaya hücum edəcəyini ağlına gətirə bilməzdi: “Amma indi bu, yuxu deyil...”