Fotosessiya
Fotosessiya

Cici ilk dəfə Bredli ilə münasibətlərindən danışdı

Cici ilk dəfə Bredli ilə münasibətlərindən danışdı

Dünyaca məşhur model Cici Hadid “Vogue” dəb dərgisinin yeni buraxlışının siması olub.

OLAY yazır ki, dərgi üçün cazibədar pozalar verən 29 yaşlı podium ulduzu ilk dəfə sevgilisi 50 yaşlı aktyor Bredli Kuperlə münasibətlərindən danışıb. 

Üz qabığında Cici “Valentino” brendinin çiçək printli transparan libasda parıldayıb.

Hadid bir neçə görünüşdə də göründü: “Chanel” markasına aid pencək və ətək, topuğa qədər uzanan “Dior”dan libas, “Prada”dan lələkli libas və krem rəngli kürəyi açıq “Miu Miu” markasına məxsus əlbisə. 

Cici dərgiyə verdiyi müsahibədə Bredli Kuperlə münasibətinin bəzi təfərrüatlarını açıqlayıb. 

Hadid bildirib ki, onlar ortaq dostlarının övladının ad günündə tanış olublar:

“Bredli mənə yenidən teatra getməyi sevdirdi, onun həyatıma gəlməsi çox xoşdur”.

Bundan əlavə, model dörd yaşlı qızı Haini keçmiş sevgilisi, pop ulduz Zeyn Maliklə necə böyütməsindən də söz açıb:

“Zeynlə mən aylar öncədən cədvəl qururuq. Təbii ki, bəzən hər şey dəyişir, amma biz həmişə bir-birimizə kömək edir, dəstək oluruq. Qızımızı bir-birimizə hörmətlə böyüdürük, təkcə valideyn olaraq deyil, həm də birlikdə çox şeylər keçmiş insanlar kimi”.

Qeyd edək ki, Cici Hadid və Bredli Kuperin eşq yaşadığı 2023-cü ilin payızında Nyu Yorkda paparatsiyalar tərəfindən çəkilən zamanı üzə çıxıb. Model Kuperin 2015-2019-cu illərdə birlikdə olduğu rus əsilli supermodel İrina Şeykdən olan aktyorun anası Qloriya və qızı Lea ilə artıq tanış olub.