Dünya pop səhnəsinin ulduzu Rihanna növbəti dəfə paparatsiyaların obyektivinə tuş gəlib.
OLAY yazır ki, 37 yaşlı sənətçi axşam saatlarında dostları ilə şam yeməyi üçün “Giorgio Baldi”yə yollanıb.
Rihanna dost məclisi üçün maraqlı obraz seçib.
Belə ki, müğənni əyninə göy cins və qəhvəyi dəri gödəkçə geyinib. Şaxtalı havadan qorunmaq üçün Rihanna boğazını xəz şərfə bürüyüb.