Fotosessiya
Fotosessiya

Puqaçovadan jurnalistlə davasına reaksiya

Puqaçovadan jurnalistlə davasına reaksiya

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova bir neçə gün əvvəl Koprin Limassol şəhərində NTV-nin qadın jurnalisti ilə dalaşıb. Həmin anlar isə sosial şəbəkəyə yayılıb. 

OLAY yazır ki, 75 yaşlı sənətkar qalmaqallı məsələ ilə bağlı instaqram səhifəsində münasibət bildirib.

“Limassol limanında gözəl fotosessiyaya görə təşəkkür edirəm ki, 75 yaşında da gənc və makiyajsız görünə biləcəyinizi başa düşmək çox xoşdur” – deyə, Puqaçova yazıb. 

Xatırladaq ki, NTV-nin qadın jurnalisti Alla Puqaçovanın oğlu Harri ilə Limassol küçələri ilə gəzişməsini lentə alıb. Görüntülərdə primadonna NTV-nin jurnalistini həyasız qadın, özünü isə vətənpərvər adlandıraraq Rusiyanı niyə tərk etməsi sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, Alla Puqaçova həyat yoldaşı, yumortist və aktyor Maksim Qalkin və uşaqları - əkizlər Liza və Harri ilə birlikdə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra İsrailə köçüb. Oradan Fələstin-İsrail münaqişəsi yenidən başlayandan sonra cütlük ailəsi ilə birlikdə Kiprə köçüb.