Latviyada keçirilən beynəlxalq musiqili festivaldan sonra Rusiyanın Xalq artisti Alla Puqaçova yaşadığı İsrailə qayıtmayıb.
OLAY yazır ki, primadonna Yurmalada övladları Liza və Harri ilə “Bilik günü”nü qeyd edib.
Dərs ilinin əvvəlində Puqaçova və onun uşaqları İsrailə qayıtmayıb.
Alla övladları Liza və Harri ilə birlikdə üç ay əvvəl İsraili tərk ediblər. Və oradan o, iqlimi mülayim və isti olmayan Baltikyanı ölkələrə köçüb.
Sentyabrın 1-də rus estrada ulduzu və ailəsi Yurmaladakı restoranlardan birində görüntülənib. Alla, sağlamlıq problemləri ilə bağlı bütün söz-söhbətlərə baxmayaraq, dostları ilə ünsiyyətdən zövq alıb. Çəkilişdə Harri və Liza da yer alıb.
Müğənninin ətrafındakılar ulduz ailənin bütün sentyabrı Latviyada keçirəcəyini deyirlər. Şayiələrə görə, Puqaçova iqlimə görə İsrailə qayıtmaq istəməyib.
Ailə tez bir zamanda Kiprə, oradan da Latviyaya köçüb.