Xalq artisti Zülfiyyə Xanbabayeva yeni fotoları ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, ənənəsinə sadiq sənətçi qara libasda obyektiv qarşısına keçib.
Həmin şəkilləri instaqram səhifəsində izləyiciləri ilə bölüşən Xanbabayeva xanımları 8 Mart - “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edib.
“Dünyanı mərhəmət, qayğı, sevgi və gözəllik ilə bəzəyən… Baxışı ən sərt qəlbləri yumşaldan... Ana kimi dünyanı qoruyan varlıq - qadın! Qoy, sevgi, hörmət və xoşbəxtlik ömrümüz boyu bizimlə olsun. Bayramımız mübarək!” – deyə, Zülfiyyə paylaşımına şərh yazıb.