Fotosessiya
Fotosessiya

Puqaçovadan uzun fasilədən sonra paylaşım

Puqaçovadan uzun fasilədən sonra paylaşım

Üç il əvvəl ailəsi ilə birlikdə ölkəsini tərk edən Rusiyanın Xalq artisti Alla Puqaçova uzun müddətdən sonra paylaşımı ilə gündəmə gəlib.

OLAY yazır ki, İsraildə olan 75 yaşlı primadonna çəkdirdiyi selfisini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

“Baharın ilk bazar günü sarı gül bayramında iştirak edən hər kəsə təşəkkür edirik. Mən sizi sevirəm, sədaqətinizi yüksək qiymətləndirirəm və ruhum sizinlədir”, - deyə Puqaçova paylaşımına şərh yazıb. 

Qeyd edək ki, daha əvvəl rus estradasının əfsanəvi ulduzu şəxsi məsələlərini həll etmək üçün bir neçə dəfə Rusiyaya qayıdıb. İlk səfər övladları Harri və Lizanın təhsili ilə, sonra o, dostu Valentin Yudaşkinlə vidalaşmaq üçün, üçüncü dəfə isə bir neçə bəstəni lentə almağa gəlib. 

Xatırladaq, vaxtilə Alla Puqaçova təkcə İsraildə deyil, Kipr və Latviyada da dəbdəbəli mənzillər alıb. Ölkələrdən birində hava istiləşən kimi övladlarıilə birgə sakitcə Latviyaya, Baltik dənizi sahilindəki sevimli Yurmalaya yollanıb.