Ölkəsində “xarici agent” statusu aldıqdan sonra Rusiyadan didərgin düşən yumorist və aktyor Maksim Qalkin həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova ilə bağlı paylaşım edib.
OLAY yazır ki, 48 yaşlı Qalkin yazın başlaması münasibəti ilə 75 yaşlı Puqaçovanı instaqram səhifəsində təbrik edib.
“Sevdiyim xanımı baharın ilk bazar günü olan “Sarı Gül” bayramı münasibətilə təbrik edirəm!” – deyə, Maksim Allanın güllərlə əhatə olunmuş fotolarını paylaşaraq şərh yazıb.
Puqaçova da öz növbəsində sarı çiçəklərin fotosunu instaqram hesabında yayımlayaraq pərəstişkarlarına “Bahara icazə veririk!” sözlərini əlavə edib.
Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra İsrailə köçüblər. Xaricdə olarkən yumorist fəal şəkildə vətəndaş mövqeyini ifadə etməyə davam edir (o, Rusiya hakimiyyətinin hərəkətlərini pisləyir) və gündəlik həyatının necə keçdiyini göstərir.