Rusiyanın Xalq artisti Alla Puqaçova, yumorist əri “xarici agent” Maksim Qalkin və onların övladlarının harada olduğu üzə çıxıb.
OLAY yazır ki, pul qazanmaq üçün Avropanın şəhərlərini “su yoluna” çevirən Qalkinin ABŞ-a konsert verməyə getdiyi məlum olub.
Bununla bağlı Maksim sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı məlumat verib.
Yumorist Amerikada qastrol səfərinə başladığı ilə öyünüb, eyni zamanda Floridada küləkli havadan şikayətlənib. Qalkin bu haqda nədənsə öz ana dilində deyil ingilis dilində danışıb. Komediyaçı rus dilində çıxış edəcəyini bildirib.
Maksim əlavə pul qazanmaq ümidi ilə küləkli Floridada gəzərkən onun həyat yoldaşı Alla Puqaçova Kiprdə görüntülənib. Onun yanında 11 yaşlı oğli Harri də olub.
Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin uşaqları ilə birlikdə xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra Rusiyanı tərk ediblər. Yumorist birbaşa Rusiya hakimiyyətinin hərəkətlərini pisləyib, Alla Puqaçova isə ərini dəstəkləyib. Əvvəlcə İsraildə, sonra Kiprdə yaşamağa başlayan cütlük indi də tez-tez başqa ölkələrə səyahət edirlər. Məsələn, ailə yayı Latviyada keçirir.