Fotosessiya
Fotosessiya

90 milyonluq təyyarəsi təcili eniş etdi

90 milyonluq təyyarəsi təcili eniş etdi

Dünyaca məşhur müğənni Elton Conun şəxsi təyyarəsi nasazlıq səbəbindən təcili eniş etməli olub.

OLAY yazır ki, 74 yaşlı ingilis sənətçinin 90 milyon dollar dəyərində şəxsi təyyarəsi İngiltərədən Nyu-Yorka gedərkən qorxu dolu anlar yaşayıb. Belə ki, icazə istəyən pilot sürəti saatda 130 km-ə çatan külək səbəbindən iki dəfə təcili enişini ləğv etməli olub və yenidən dövrə vurub.

Pilot yalnız üçüncü cəhddə uğurla eniş edib. “The Sun” qəzetinə danışan mənbələr məşhur müğənninin hadisədən sarsıldığını bildiriblər.