Dünya ulduzu Cennifer Lopez Dubaya yollanıb.
OLAY yazır ki, üzərinə qəhvəyi rəngli “Saint Laurent” markasına məxsus kostyum geyinən 55 yaşlı sənətçi dəbdəbəli obrazını gün eynəyi və hündürdaban sandaletlərlə tamamlayıb.
Ben Afflekin keçmiş həyat yoldaşı çəkdirdiyi şəkilləri “İş səfəri” şərhi ilə instaqram səhifəsində yayımlayıb.
Xatırladaq ki, ilin əvvəlində Cennifer Lopez üç illik evlilikdən sonra Ben Afflekdən rəsmən boşanmışdı. Cütlük 2000-ci illərin əvvəllərində nişanlanmışdı, lakin təxminən 20 il sonra bir araya gəlməyə qərar verdilər: onlar koronavirus pandemiyası zamanı yaxın oldular. Boşandıqdan sonra Lopez daha tez-tez açıq-saçıq görüntülərdə görünməyə başladı. Çoxları əmindir ki, bu yolla o, keçmiş ərini “qəzəbləndirmək” istəyir. Afflek isə keçmiş həyat yoldaşı Cennifer Qarner və onların 3 övladı ilə yaxınlaşıb və bu, aktrisanın sevgilisi Con Millerin xoşuna gəlmir. Lopezin Mark Entoni ilə evliliyindən də iki övladı var.