Fotosessiya
Fotosessiya

Bu da Selena və Benninin yeni villası

Bu da Selena və Benninin yeni villası

Dünyaca məşhur cütlük Selena Qomez və Benni Blankonun 35 milyon dollara aldıqları yeni mülklərinin fotoları sosial şəbəkədə yayılıb.

OLAY yazır ki, ispan üslubunda inşa edilən malikanənin yeddi yataq otağı və 12 vanna otağı, həmçinin kitabxana, idman zalı, spa sahəsi, solaryum və ev kinoteatrı var. 

Villada həmçinin yemək bişirməyi və evdə bişirilən yeməkləri sevən Benni üçün bir nemət olan istixanalar, habelə üzgüçülük hovuzu və bir çox bağ sahələri mövcuddur.

“Page Six” nəşrinin məlumatına görə, Qomez və Blankonun malikanəsi Los-Anceles daşınmaz əmlak bazarında nadir tapıntı hesab edilir.

Mülk əvvəllər “The Hangover”, “Joker” və digər məşhur filmlərin rejissoru Todd Fillipsə məxsus olub. 

O, 2012-ci ildə villanı 17 milyon dollara yenidən alıb və iki dəfə baha satıb.