Müğənni Əminə Şirin mərhum həyat yoldaşından danışıb.
OLAY yazır ki, bu barədə o, “Qonaqcanlı” verilişində açıqlama verib. İfaçı deyib ki, qııznın atası Yalçın Həsənovla həbsxanada da qalıb:
“Qızım Rəşid Həsənovun nəvəsidir. Bunu hamı bilir, bilməyənlər də bilsin. Gizlədəcək nəsə yoxdur, ailəli olmuşuq. Məni qınayanlar düşünsün ki, 23 yaşında qız zindanın soyuq divarlarında hər ay 6 gün qalırdı. Həyat yoldaşımla bərabər idim. Toyum da orada oldu. 13 il ailəli olmuşuq. Xəstələnəndə zəng etdim, dedi ki, inanmazdım zəng edərsən, bir bu zəngi gözləyirdim”.