Uels şahzadəsi Keyt Middlton Çeşirdəki qadın həbsxanasının ana və körpə bölməsinə baş çəkib.
OLAY yazır ki, görüş zamanı Middlton, müəssisənin rəhbərliyi və işçiləri ilə söhbət edib.
Görüş üçün 43 yaşlı Uels şahzadəsi uzun qəhvəyi palto seçib.
Qeyd edək ki, bir il əvvəl Keyt Middlton ona xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı. Payızda o, kimyaterapiya kursunu bitirib və yavaş-yavaş öz vəzifəsinə qayıdacağını söyləyib və yanvarın 14-də remissiyaya keçdiyi haqda ictimaiyyəti məlumatlandırıb.