Mügənni Günay İbrahimli yeni fotoları ilə diqqət çəkib.
OLAY yazır ki, həmkarı Elnur Məmmədovun oğlunun ad günü məclisinə yollanan sənətçi obyektiv qarşısına keçib.
Əyninə sinə və kürək dekolteli yaşıl rəngdə libas geyinən İbrahimli “look”unu çox sayda böyük ölçülü aksessurlarla bəzəyib.
Günay həmin şəkillərini “Hər ürəyin yarım qalan sevdası var” şərhi ilə instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.