Dünya pop səhnəsinin ulduzu Britni Spirs eşq yaşadığı iddia edilən köməkçisi Pol Solizlə görüntülənib.
OLAY yazır ki, onların birgə gizli çəkilmiş fotosunu “TMZ” nəşri yayımlayıb.
İddia edilir ki, sözügedən köməkçi Nikol Mansilla ilə evli olub. Lakin onlar xəyanətə görə boşanmaq üçün məhkəməyə müraciət edib. Pol arvadından üç uşağını alıb Britninin dəbdəbəli malikanəsinə köçüb.