Fotosessiya
Fotosessiya

Lindsi Lohan ilk dəfə oğlunun şəkillərini yayımladı

Lindsi Lohan ilk dəfə oğlunun şəkillərini yayımladı

Hollivud aktrisası Lindsi Lohan ilk dəfə bir yaşlı oğlu Luainin fotolarını pərəstişkarlarına nümayiş etdirib. 

OLAY yazır ki, 38 yaşlı sənətçi sosial şəbəkə hesabında oğlanın özü və atası, 36 yaşlı ərəb maliyyəçisi Bader Şammasla birlikdə çəkildiyi bir sıra şəkillər yayımlayıb.

Fotolar heyvanat bağçasında lentə alınıb. 

Şəkillərdə Lindsi oğlunun üzünü göstərməyib. 

Şərhlərdə aktrisanın pərəstişkarları onu “ən yaxşı həyatını yaşadığına” görə təbrik etmək üçün bir-biri ilə yarışıblar.

Xatırladaq ki, keçmişdə 2000-ci illərin əvvəllərində “Freaky Friday” və “Mean Girls” filmlərinin ekranlara çıxmasından sonra populyarlıq qazanan Lindsi qalmaqallı həyat tərzi ilə tanınıb - narkotik və alkoqoldan sui-istifadə edir, gecə klubların birində oğurluq və davaya görə həbs edilmişdi. Amma son zamanlar Lohan özünü nümunəvi həyat yoldaşı və ana kimi təqdim edir: o, əri və oğlu ilə Dubayda yaşayır, nadir hallarda ictimaiyyət qarşısına çıxır, ayıq qalmağa və sağlamlığına diqqət yetirməyə çalışır. Bir çox insan aktrisanın daha yaxşı görünməyə başladığını qeyd edir. Bir versiyaya görə, bunun səbəbi uğurlu plastik əməliyyatdır, baxmayaraq ki, Lindsi özü cərrahi müdaxilələrə məruz qaldığını inkar edir.