Hollivud aktrisası Lindsi Lohan əri və oğlu Lua ilə Kaliforniyada 2000-ci illərin məşhur komediyasının davamı olan “Freaky Friday” filminə çəkilərkən görüntülənib.
OLAY yazır ki, nadir hallarda cəmiyyətə çıxan 38 yaşlı aktrisanı Laquna-Beach şəhərciyində “Montage” otelində paparasilər məşhuru və ailəsini çəkməyə nail olub.
Qeyd edək ki, Lindsi Lohan və ərəb maliyyəçi Badder Şamas 2019-cu ildən birlikdədir. 2022-ci ildə sevgililər evləniblər və bir il sonra aktrisa ilk dəfə ana oldu. Son bir neçə ildir ki, Lohan qapalı həyat tərzi keçirir, ailəsi ilə Dubayda yaşayır və işi olduğu üçün ABŞ-a uçur.