Son zamanlar lüks həyat tərzi ilə gündəmə gələn yutuber və müğənni Reynmen Nişantaşında alış-veriş mərkəzindən çıxarkən görüntülənib.
OLAY yazır ki, jurnalistlər ona bahalı saatları, maşınları və xərclədiyi pullarla bağlı suallar ünvanlayıb.
Reynmen isə “qazanıram, xərcləyirəm, özümə motivasiya verirəm” deyə, müxbirlərə söyləyib.
Qeyd edək ki, müğənni “Derdim olsun” mahnısıyla Yutubda bir gündə 10 milyondan çox izlənmə sayı yığıraq məşhur olmuşdu.