Tanınmış müğənni Cengiz Kurtoğlu iş adamı Mustafa Canı bıçaqlayıb.
OLAY Türkiyə KİV-nə istinadən yazır ki, hadisə sənətçinin dostu Tolga Yücelin evində baş verib.
Yücelin doğum günü məclisində M. Can da olub. Süfrədə anidən gərginlik yaşanıb. Kurtoğlu masadan bıçaq götürərək iş adamına hücum edib. Dostları araya girərək sənətçini sakitləşdirməyə çalışıblar.
Müğənni polisə ifadəsində bildirib ki, qarşı tərəfə dəfələrlə xəbərdarlıq etsə də, o, bəzi sənətçiləri təhqir edib. Həmin müğənnilərin içərisində Orhan Gencebay da olub. Kurtoğlu onu da əlavə edib ki, iş adamı bıçaqla deyil, dırnaqla yaralanıb.