Dünyaca məşhur Hollivud aktrisası Natali Portman baş rolda oynadığı “Göldəki qadın” serialının qalasına qatılıb.
OLAY yazır ki, 43 yaşlı sənətçi tədbirə yeni saç düzümü və “Schiaparelli” markasına məxsus göy, mavi və sarı rəngli pulcuqlarla bəzədilmiş libasla gəlib.
Natali görünüşünü burnu açıq dikdaban ayaqqabı və qırmızı dodaq boyası ilə tamamlayıb.
Portman saç düzümü də yeniləyib.