Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez qızı Emma ilə gəzinti zamanı paparatsiyaların obyektivinə tuş gəlib.
OLAY yazır ki, “ana-bala” Los-Ancelesdəki yarmarkaların birində zaman keçiriblər. Hər ikisi alış-verişə rahat geyimdə yollanıb.
Müğənninin qızı, 16 yaşlı Emma böyük ölçülü geyimlərə üstünlük verir. O, Harper Bekhem kimi hələ də makiyaj etmir.
Qeyd edək ki, Cennifer Lopezin Maks adlı bir oğlu da var. O, Emma ilə əkizdir.