Fotosessiya
Fotosessiya

Rusiyalı ulduzun səhhəti kəskin pisləşib

Rusiyalı ulduzun səhhəti kəskin pisləşib

Rusiyanın məşhur ulduzu Andrey Qubinin səhhətində ciddi problemlər yaranıb.

OLAY “Mash” teleqram kanalına istinadən yazır ki, sənətçinin sağlamlıq vəziyyəti kəskin şəkildə pisləşib. 

50 yaşlı Qubin üzündə və bədənində daimi ağrılardan şikayətlənir. 

Ötən ilin oktyabrında bəstəkar İqor Krutoy xəstə müğənnini yenidən səhnəyə qayıtmağa razı salacağını bildirmişdi. Bundan əvvəl Qubin bəstəkarın 50 illik yubileyi şərəfinə Soçidə keçirilən konsertdə tamaşaçı kimi iştirak edib və televiziyada çıxış edib. Lakin indi müğənninin bu planlarından vaz keçdiyi iddia edilir. Qubin yeni il korporativ tədbirlərində böyük bir ödəniş qarşılığında çıxış etmək üçün onlarla təklifdən imtina edib. 

Əvvəllər Andrey xəstəliyi ilə əlaqədar xarici görünüşünün dəyişdiyini demişdi: 

“Mən çox pis görünməyə başladım, gözlər məni ifadə edir”.

Eyni zamanda 2000-ci illərdə “Qış-Soyuq” və “Liza” mahnıları ilə məşhurlaşan Qubin artıq heç kimə lazım olmadığından şikayətlənib:

 “Tək yaşayıram, az adamla ünsiyyətdə oluram”.

Qeyd edək ki, 2000-ci illərin ortalarında həkimlər Qubinə üzün sol tərəfli prosopalgiya diaqnozu qoymuşdurlar. Bu nevroloji xəstəlik üzündən musiqiçi davamlı üz ağrıları hiss etməyə başlayıb və səhnəni tərk edib. Müğənni ictimaiyyətə özünü göstərməyib və uzun müddət sonra ilk dəfə mətbuata müsahibə verəndə hamı onu tanımayıb. Estrada ulduzunun görünüşü çox dəyişib, pərəstişkarları da onun psixi problemlərinin olduğundan şübhələnmişdirlər.