Fotosessiya
Fotosessiya

Günayın bordo tərzi

Günayın bordo tərzi

Müğənni Günay İbrahimli yeni fotoları ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi bordo rəngli obrazda obyektiv qarşısına keçib. İfaçı hətta makiyajı belə bordo tonlarında etdirib. 

Şəkillərdə nəzər çəkən məqam İbrahimlinin geyimi olub. Belə ki, Günay əyninə dəridən uzun sinə və kürək dekolteli libas geyinib. 

Müğənni sözügedən fotosessiyanın yaxın günlərdə təqdim edəcəyi yeni layihəsinin bir hissəsi olduğunu açıqlayıb.