Sərin günlər artıq qapımızı döyür. Bu o deməkdir ki, öz qarderobunuzu yoxlamaq və onda nəyin çatışmadığını anlamağın əsl vaxtıdır.
OLAY sizə kömək edəcək payız trendlərini təqdim edir.
“Qum saatını” təkrarlayan siluet:
Məsələn, bu siluet uyğun bir gödəkçə ilə yaradıla bilər. Bu, 50-ci illərə aid mürəkkəb bir model və ya hipertrofiyaya uğramış çiyinləri olan bir versiya ola bilər.
Bordo çanta:
Yazda hər kəsin və hər şeyin mütləq sevimlisi parlaq qırmızı rəng idisə, indi biz bu çalarla daha sakit, eyni zamanda nəcib davranmalıyıq. Bordo rəngli çantalar artıq yeni mövsüm üçün alınması lazım olan mütləq minimum əşyalar siyahısına daxil edilib. Bununla belə, “şərab” rəng o qədər “yaltaq” çalardı ki, çox baxmadan özünüzü təpədən dırnağa qədər geyindirməyə imkan verir.
Üst geyim (kardiqan):
Bu geyim növü hər zamanki kimi tendensiyalar sırasındadır. Uzun və ya qısa, trikotaj həmişə soyuq bir axşamçağı faydalı olacaq. Bu payız “oversize” yəni böyük ölçülü trikotajdar da aktualdır.
Dəri:
Təbii və ya laklı, cızıqlı və ya cızıqsız.. Əgər dolabınızda hələ dəri əşyalar yoxdursa, sizə bu anlaşılmazlığı düzəltməyi məsləhət görürük. Çünki bu payızın olmazsa olmazı elə məhz dəri gödəkçələrdır.
Bəbir printi:
Yeni mövsümdə müxtəlif heyvan növlü xüsusi ilə də bəbir və leopard printli geyimlər dəbdə olacaq. Bu cür cizgili cinslər və ayaqqabılar aktuallığını qoruyub saxlayacaq. Bu tip cizgilər bu mövsüm yağmurluqların və yüngül paltoların üzərini bəzəyəcək.
Transparan və şəffaf:
Dizaynerlər həssas və təxribatçı “çılpaq” tendensiya ilə ayrılmaq istəmirlər. Buna görə də transparan, şəffaf, çəkisiz parçalardan hazırlanmış paltarları və ətəkləri yay qarderobundan payıza təhlükəsiz şəkildə köçürə bilərsiniz. Şəffaf ətərin üzərinə “geniş çiyinli” gödəkçə və ya həcmli trikotaj üst geyim geyinərək obrazınızı tamamlaya bilərsiniz.