WOW
WOW

Günay bu dəfə Ayanla eyni geyimdə!

Günay bu dəfə Ayanla eyni geyimdə!

Müğənnilər Günay İbrahimli ilə Ayan Babakişiyevanın geyimi müzakirə yaradıb.

OLAY yazır ki, buna səbəb hər iki sənətçinin eyni libası geyinməsi olub.

Söhbət sinə hissəsi kiçik lələklə bəzədilmiş, geyimin üst və alt hissəni bir-birindən ayıran qarın dekolteli qırmızı rəngli libasdan gedir.

Hər iki müğənni eyni geyimi toy məclislərinə geyinib.

Diqqət çəkən məqam Günayın sözügedən əlbisəni üzərinə taxdığı böyük ölçülü mirvarilərlə bəzədilməsi, Ayanın isə aksessurlardan istifadə etməməsi olub.

İbrahimli sözügedən geyimi Babakişiyevadan daha əvvəl geyinib. 

Qeyd edək ki, daha əvvəl Günay İbrahimli həmkarı Vəfa Şərifova ilə eyni libasda görüntülənməsi sosial mediada müzakirə olunmuşdu.