Fotosessiya
Fotosessiya

17 yaşlı oğlanla adı hallanır- Açıqlama

17 yaşlı oğlanla adı hallanır- Açıqlama

Rusiya gözəli, məşhur model Alena Şişkova 17 yaşlı siyasətçi Vladislav Tyulpanovla sevgili olması barədə xəbərlərə münasibət bildirib.  

OLAY yazır ki, o, instaqramda post paylaşaraq yazılanların şayiə olduğunu qeyd edib. 29 yaşlı model siyasətçi ilə əlaqəsinin olmadığını vurğulayıb.  

Qeyd edək ki, Tyulpanov bir müddət əvvəl açıqlama verərək Alena ilə eşq yaşadığını demişdi:

“Hazırda sevgilim ən məşhur reperlərdən (Timati- red) birinin keçmiş sevgilisidir. Mən repi çox sevmirəm, amma reperlərin keçmiş qız yoldaşlarını daha çox sevirəm. Həqiqətən də münasibətlərimizin gələcək inkişafına ümid edirəm, çünki Alena həqiqətən dəbdəbəli və gözəldir. Onunla hər gün əlaqə saxlayırıq. Biz həm telefonla, həm də video zənglərlə danışırıq”. 

Xatırladaq ki, Vladislav Tyulpanov mərhum siyasətçi Vadim Tyulpanovun oğludur.