Müğənni Dilarə Kazımova Hellouin üçün kamera qarşısına keçib.
OLAY yazır ki, sənətçi kart oyunun motivlərinin əks olunduğu kraliça obrazı təqdim edib. Korsetləri sevdiyini deyən Dilarə bu dəfə də öz şəkili çap olunmuş korset, oyun kartlarından hazırlanan ətək və başına tac qoyaraq pozalar verib.
Estrada ulduzun saçı və qrimi üzərində isə Murad Sultan çalışıb. Korset və ətək yerli modelyer Samirə İsmayılova tərəfindən hazırlanıb.
Fotoları Kamran Novruz lentə alıb.