Fotosessiya
Fotosessiya

Diddi 13 yaşlı uşağa Cenniferin gözü qarşısında təcavüz edib?

Diddi 13 yaşlı uşağa Cenniferin gözü qarşısında təcavüz edib?

Hazırda həbsdə olan dünyaca məşhur repçi və musiqi prodüseri Pi Diddi (əsl adı Şon Kombs) Nyu Yorkda 2000-ci ildə baş tutan “MTV VMA” mükafatlanma tədbirindən sonra keçirilən partidə 13 yaşlı uşağa məşhurların gözü qarşısında zorakılıq etməkdə ittiham olunur.

OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, hadisə repçinin 1999-2001-ci illərdə sevgili olduğu dünya pop səhnəsinin ulduzu Cennifer Lopezin də iştirak etdiyi parti də baş verib.

Bildirilir ki, C. Lo və Diddi müğənninin bacısı Linda, meneceri Benni Medina, səsyazma şirkətinin rəhbəri Deymon Daş, eləcə də bir neçə qızla birlikdə hadisə yerinə gəlib və gecə klubunun VİP sahəsinə yollanıblar. 

Həmin partidən lentə alınıb və hazırda üzə çıxan fotolarda Cenniferin onun o vaxtkı sevgilisi ilə münaqişəsini əks etdirir.

 Hadisənin şahidi olan gizli mənbənin sözlərinə görə, cütlük qısa müddət sonra ətrafı ilə partini tərk edib.

Yeni iddiada iddia edilir ki, Pi ona cinsi təcavüz etməzdən əvvəl gənc qıza çılğın baxışlarla aqressiya nümayiş etdirib. 

Zərərçəkmiş iddia edir ki, o, Diddi və adı açıqlanmayan bir qadın məşhur onu seyr edərkən adı açıqlanmayan bir kişi məşhur tərəfindən də zorlanıb. 

Repçi bu ittihamları rədd edib. Vəkilləri onun “heç vaxt heç kimə cinsi təcavüz etmədiyini” deyiblər. Cennifer bəhanə gətirmək məcburiyyətində qalmayıb. Buna səbəb şahidlərin adlarının iddiada yer almaması olub.

Qızın irəli sürdüyü versiya inandırıcı görünür. Onun sözlərinə görə, o, tədbirə biletsiz daxil olmaq ümidi ilə musiqi mükafatının keçirildiyi yerə gedib, iş materiallarında deyilir. Qızın bu planı uğursuzluğa düçar olub, lakin o, sonra Diddiin sürücüsü ilə görüşüb və o, ona konsertdən sonra gəlməsini söyləyib.