Olay
Olay

Castin Biberi və Kim Kardaşyanı milyarderlərə satırmış...

Castin Biberi və Kim Kardaşyanı milyarderlərə satırmış...

Bir neçə gündür həbs edilən reper Paff Diddi (Şon Kombs) barədə iddialar səngimək bilmir. Onun seks alveri, məcburi fahişəlik və digər qalmaqallarının 95%-i bu gün yekunlaşıb.

OLAY xarici mediaya istinadən Paff Diddi və müğənni Castin Biber hadisələrinə işıq tutur:

Castinin 15 yaşında olarkən Diddi şəbəkəsi tərəfindən satılması iddiası öz təsdiqini tapıb. Paff 41 yaşında ikən reper Aşr (Usher) vasitəsilə Castinlə tanış olub. Daha sonra Castinin veb-saytı üçün onunla tanıtım çarxı hazırlayıb.

İddialar içində ən böyüyü Castinin açıq şəkildə bir çox anonim milyarderə satılması ilə bağlıdır. 602 səhifəlik iş faylları oxunmamış halda qalmağa davam edərkən FTB hesabatları, həmçinin Diddinin müəmmalı şəkildə ölən həyat yoldaşı Kim Porterin ölümündən əvvəl qeydlər apardığı gündəliyi ortaya çıxarıb.

60 səhifəlik gündəlik birbaşa Castinə sirayət edən sözlər yer alıb:

“Bu sferada hər kəs bilirdi ki, Diddinin uşaqlar üçün bir işi var. Bənövşəyi papaqlı və bənövşəyi ayaqqabılı oğlan (Castin Biberi nəzərdə tutur – red.) onu bu qədər zəngin edən sonuncu şəxs olub. O, günlərlə bənövşəyi papaqlı oğlanı London və Kaliforniyada yaşayan gizli milyarderlər üçün təşkil etdiyi məclislərdə satışa çıxarıb. Uşağın yeganə arzusu mahnı oxumaq olub. Ailəsinin işi pul qazanmaq...

Bu səbəbdən başda ailəsi olmaqla, hər kəs prosesə şahidlik edib. Ailəsi və atası pul qazanmağı seçiblər. Mən bu sirri heç psixoloquma da deyə bilmədim”.

2004-cü ildən bəri təxminən 22 000 insanı seks alveri, şantaj və fahişəlik şəbəkələrinə məcbur etməkdə ittiham olunan reper və prodüser çıxış etdiyi məhkəmədə ona qarşı irəli sürülən və sübuta yetirilən bütün ittihamları isə dönə-dönə təkzib edib.

Məhkəmə Diddinin 60 milyon dollarlıq yüksək girov qarşılığında azadlığa buraxılması tələbinə müsbət cavab verməyib. Dinləmədən sonra Kombs Bruklindəki Metropoliten Təcridxanasına aparılıb.

Təəssüf ki, onun evinə edilən basqının Epşteyn adasındakı malikanəyə edilən basqından heç bir fərqi olmayıb.

Diddinin Kaliforniyadakı evinə basqın zamanı 4 fərqli girişi olan gizli anbar tapılıb. Bu anbardan 1780 ədəddən çox uşaq yağı, 1500-dən çox seks oyuncağı, 14,5 kiloqram qadağan olunmuş maddələr, 500 parik, 4500-dən çox fantaziya geyimi, 1600-dən çox seks kaseti (bu lentlərin şantaj məqsədilə çəkildiyi müəyyən edilib) 250 elektroşok cihazı, 1200 kamera, 1102 qutu antidepresan və 50 İncil müsadirə edilib.

Bəs, Diddi tərəfindən qurulan seks ticarəti necə işləyirdi?

Artıq məlum idi ki, o, 2004-cü ildən A-listə düşən məşhurlarla, ölkə prezidentləri və anonim milyarderlərlə nəhəng əyləncə gecələri təşkil edir, girişi “son dərəcə” gizli saxlanılırdı. Ev şənliklərinin çoxu Kaliforniya, Paris, Nyu-York və Çindəki malikanələrdə keçirilirdi, məkanlar da məxfi idi.

Qonaqlar əvvəlcədən onlara təqdim olunan 10 min nəfərlik siyahıdan seks kölələri seçir və bu şəbəkədə tutulan qadınları, kişiləri və hətta təəssüf ki, uşaqları almaq üçün depozit ödəyirmişlər.

Diddi keçmiş məclislərini gizli saxlamaq əvəzinə, uşaqlarından biri ilə guya “şirin” vaxt keçirərək məclislərinin qonaqlarını elan edərkən videolar yükləyirdi. 2023-cü ilə qədər hər kəs bu son dərəcə gizli özəl məclislər haqda maraqlanır və danışırdı. Onun müştərilərinə yeni qullar təklif edə bilmək üçün partilərini açıq şəkildə elan etdiyi düşünülür.

Castin Biber və Diddinin keçmişdəki əlaqələrini araşdırarkən onun və Castinin 2009-cu ildə yayımladığı videodakı söhbətlər yenidən diqqət çəkir.

Diddi Castin haqda “O, hazırda hər kəsin arzusudur”, “Bilmirəm mən niyə qəyyumu deyiləm”, “Hər şey Aşrın nəzarətindədir, buna əmin ola bilərsiniz”, “Bu axşam dəli olacağıq” sözlərini işlədir. Videonun sonunda isə Castinin “Mən indidən dəli oluram” fikri diqqətdən yayınmır.

Castinin “Yummy” mahnısını yayımlandığı dövrdə onun pərdəarxasında saatlarla ağladığını, klip çəkmək istəmədiyini, hətta terapevtinin Mayamidə tikilən studiyaya çağırıldığı bildirilir.

Yayımlanan videoda onun çəkiliş prosesindən nə qədər təsirləndiyi və zədələndiyi hər cəhətindən aydın görünür. Klipin sonunda isə boşqabda tort əvəzinə, Castinin uşaqlıq şəklinin yer alması gözdən qaçmır.

Onun sinql haqqında verdiyi yeganə müsahibə 2020-ci ildə Ellen Diceneresə olub. Ellenin “Mahnı və video nə deyir?” sualına o, “Keçmiş seks həyatım” cavabını verib.

Bu günlərdə Castinin “Yummy” klipinə saysız şərhlər və dəstək mesajları gəlməyə davam edir.

2020-ci ildə verdiyi müsahibədə Castin Biber ilk narkotik təcrübəsini 2012-ci ildə Diddi və Rik Ross tərəfindən Kaliforniyada təşkil edilən “super gizli” partidə keçirdiyini və həmin gün komaya (yəni Blackout) düşdüklərini və bu təcrübəni açıqlamışdı. O, 9 gün xəstəxanada yatdığını etiraf etmişdi. O zaman Castin karyerasının zirvəsinə çatmağa çalışan 18 yaşlı yeniyetmə ulduz idi. Təbii ki, illərdir davam edən bu depressiya dövrünün tək səbəbi Selena Qomezlə olan ayrılıq dövrü deyildi.

Araşdırma davam edərkən, Diddinin məclislərində iştirak edən və onunla təkcə iştirak edən deyil, həm də ortaq olan məşhurların araşdırmasına daxil olan yeni adlar da ortaya çıxıb. Siyahıda Kardaşyan bacıları, Oprah, Solanc Nouls (Beyonsun bacısı), Cennifer Lopez, Naomi Kempbell, Denzel Vaşinqton, Cimmi Kimmel, Kris Braun, Kanye Uest, Mark Entoni, Barak Obama, Mişel Obama, Stiv Cey, Uill Smitt də yer alıb.

Siyahıda Prezidentlərdən tutmuş Birinci xanımlara, 35 ildir hər il “Dünyanın ən etibarlı qadını” seçilən Opraha qədər var.

Kim Kardaşyan izi!

FTB hesabatlarına görə, Kim Kardaşyan 2008-ci ildən sistematik olaraq Paff Diddinin partilərində çalışıb. Bir növ, o, Diddinin qullarından biri idi, lakin onların arasında hər hansı cinsi əlaqənin olmağı ehtimal edilmir. Diddi dünyanın müəyyən yerlərində yaşayan bir neçə milyarderi tələyə salmaq üçün Kim Kardaşyandan fiqur kimi istifadə edirmiş. Onun 2008-ci ildən bəri reperin “beynəlxalq fahişəsi” olduğu barədə şayiələr yayılıb.

Kim pullu münasibətdə olduğu və ya vaxt keçirdiyi milyarderlərli gizli şəkildə kameraya çəkirmiş, daha sonra onları şantaj edirmiş. Onun 32 fərqli kişi ilə birlikdə qadağan olunmuş maddələri və yuxu dərmanlarını həddindən artıq dozada qəbul etdiyi və onların kredit kartlarını boşaltdığı da iddia olunur.

Hətta Kimin bu sistem sayəsində 2008-ci ildə özünə böyük bir “Rolls Royce” avtomobili aldığı deyilir...

Onların arasında mövcud olduğu iddia edilən bu sistem 2010-cu ildə başa çatıb. 2 il ərzində Kimə aldadanlar sayəsində o, milyonçuya çevirilib.

Həmçinin məlum olub ki, Diddi xeyli məşhuru 2020-ci ildə təşkil etdiyi “Ağ Mayami” partisinə özünü məhv edən e-poçt vasitəsilə dəvət edib, lakin bir sıra məşhur: Ledi Qaqa, Herri Stayles, Marqo Robi, Keşa, Kianu Rivz, Madonna kimi məşhurlar həmin gecəyə qatılmayıb.

İndi təkcə onun telefonları deyil, elektron poçtları, həmçinin onunla işləyən 112 nəfərlik komandasının elektron poçtları da yoxlanılmağa başlayıb. Proses davam edir.