Rusiya və Ukraynanın pop ulduzu Svetlana Loboda COVID-19-a yoluxub.
OLAY yazır ki, bu barədə müğənni instaqram sosial şəbəkəsində yazıb. O, hesabında müsbət test nəticəsini göstərən foto paylaşıb.
Müğənni koronavirus infeksiyası ilə əlaqədar Minsk konsertini martın 4-nə təxirə salaraq müalicə olunacağını qeyd edib.
Qeyd edək ki, S. Lobodanın Belarusun paytaxtında konserti fevralın 12-nə planlaşdırılmışdı.