Fotosessiya
Fotosessiya

Əri ilə alış-verişə ətəksiz getdi

Əri ilə alış-verişə ətəksiz getdi

Dünyaca məşhur cütlük Kanye Uest və Byanka Sensori boşanma və repçinin həyat yoldaşının anası ilə yatmaq istədiyi şayiələri fonunda paparatsiyaların obyektivinə tuş gəlib. 

OLAY yazır ki, qalmaqallı aşiqlər Tokioda “Dover Street Market Ginza” ticarət mərkəzində alış-verişə yollanıb.

29 yaşlı Bianka yenədə açıq-saçıq geyimdə görüntülənib. O, arxası açıq “top”, şort, qara neylon “tayt”, ayağına isə stiletto geyinib. Bianka ətək geyinmədən “tayt”da əri ilə mağazaları dolaşıb. 47 yaşlı Kanye enli cins şalvar və köynək geyinərək fotoqraflara gülümsəyib. 

İkilinin ayrıldığı deyilsə də, Kanye və Bianka ictimaiyyət arasında qucaqlaşaraq boşanma şübhələrini rədd ediblər

Xatırladaq ki, Kanye Uest və onun “Yeezy” brendinin əməkdaşı Bianka Sensori 2022-ci ilin sonunda gizli toy ediblər. Cütlük tez-tez nifrət edənlərin hücumları ilə üzləşir. Sosial mediada ən çox Biankanın açıq-saçıq görünüşü müzakirə olunur. Həmçinin, musiqiçinin keçmiş köməkçisi Lauren Pişotta bu yaxınlarda repçinin zorlamaqda ittiham edərək ona qarşı iddia qaldırıb. O, həmçinin Uestin Byankanın anası ilə cinsi əlaqədə olmaq istədiyini deyib və onların intim həyatlarının təfərrüatlarını jurnalistlərlə ilə bölüşüb.