Dünyaca məşhur repçi və iş adamı Kanye Uestin köməkçisi Lauren Pişotta yeni məhkəmə prosesində repçinin həyat yoldaşı Bianka Sensorinin anası ilə yatmaq istədiyini iddia edib.
OLAY yazır ki, bununla bağlı “Daily Mail” nəşrinə sənədlər təqdim edilib.
Kanyenin Bianka ilə yazışmasının skrinşotunu Laurenə göndərdiyi iddia edilir.
İddiaya görə, Kanye həyat yoldaşı Byankaya “Mən sənin ananla cinsi əlaqədə olmaq istəyirəm. İstəyirəm ki, mənim sənin ananla cinsi əlaqədə olmağımızı sən kənardan seyr edəsən” yazıb.
Byankanın bu məsələ həmin an cavabı bəlli olmayıb.
Qeyd edək ki, daha əvvəl Lauren Pişotta repçinin zorlamaqda ittiham edərək ona qarşı iddia qaldırmışdı. Onun sözlərinə görə, hadisə bir neçə il əvvəl insan alverində və fahişəliklə məşğul olmaqda ittiham olunan dünyaca məşhur repçi və iş adamı Pi Diddi (əsl adı Şon Kombs) ilə səsyazma zamanı baş verib. Pişotta bildirib ki, Kanye onun içkisinin içinə narkotik qatıb. Onu içdikdən sonra qadın özünü “dizorientasiya” hiss etdi və bədəninə və nitqinə nəzarəti itirib və ertəsi gün ona nə olduğunu dəqiq xatırlaya bilməyib. Lorenin sözlərinə görə, Kanye sonradan ona hər şeyi etiraf edib.
Xatırladaq ki, bundan əvvəl sosial mediada Kanye və Byankanın boşanması ilə bağlı şayiələr yayılıb. Bu xəbərdən sonra onlar bir yerdə görüntüləniblər. Gizli mənbənin sözlərinə görə, cütlük bunu bir daha ictimaiyyətin diqqətini cəlb etmək və eyni zamanda repçinin yeni albomunu reklam etmək üçün edib.