Fotosessiya
Fotosessiya

Əzizə Mustafazadə atası üçün bunu etdi

Əzizə Mustafazadə atası üçün bunu etdi

Xalq artisti Əzizə Mustafazadə atası, mərhum əfsanəvi cazmen Vaqif Mustafazadənin adına instaqramda yeni səhifə açıb.

OLAY yazır ki, bununla bağlı musiqiçi sosial şəbəkə hesabında məlumat verib.

Mustafazadə valideylərinin illər əvvəl çəkilən arxiv fotosunu paylaşaraq “Atam Vaqif Mustafazadənin yeni səhifəsi” şərhini yazıb.

Qeyd edək ki, Əzizə Mustafazadə uzun illərdir ki Almaniya Mainz şəhərində yaşayır. Onun Ramizxan adlı bir oğlan övladı var.