“Oğlum Ramizxanın 11 yaşı var. Həyat yoldaşım istəyirdi ki, övladımıza Vaqif adını verək. Bu anda isə mən 2 vacib amili yada saldım. Birincisi ikinci Vaqif Mustafazadədən (atasını nəzərdə tutur – red.) olmayacaq. İkincisi isə qorxdum ki, atamın taleyinin təkrarlana. Amma belə qeyri-adi idi”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Əzizə Mustafazadə qonaq olduğu “Danışaq?” yutub layihəsində deyib.
Mərhum əfsanəvi cazmen Vaqif Mustafazadənin qızı oğlu Ramizxandan söz açıb.
Əzizə bildirib ki, 11 yaşlı oğlu Almaniyanın Mainz şəhərində doğulsa da özünü bakılı sayır:
“Ramizxan evin baş komandiridir. Əgər övladım 14-15 yaşında gəlib desə ki, musiqi ilə artıq məşğul olmaq istəmirəm, cavab olaraq ona deyəcəm ki, qurbandır sənə... Nə ilə istəyirsən onunla da məşğul ol”. Ramizxan musiqi məktəbinə belə getmir. Nə öyrənibsə də, məndən öyrənib. Ona fürsət vermək lazımdır. Qoy onun 2-3 sənəti olsun. Mən buna yalnız “hə” deyərəm. Nə qədər əlində çox sənəti olacaqsa, bir o qədər yaxşıdır. Beyni inkişaf etdirmək lazımdır. Oğlum hazırda musiqi ilə məşğul olsa da, onun başqa hobbi və istəkləri var. Çox aktiv bir uşaqdır. Ramizxan deyir ki, mən bakılıyam. Ona deyirəm ki, axı sən Almaniyanın Mainz şəhərində doğulmusan. Cavab verir ki, doğrudur, mən Mainzda doğulsam da, Bakıdanam. Onun dəmir kimi məntiqi var”.