Fotosessiya
Fotosessiya

Heyli Diddi qalmaqalına görə əri Castindən narahatdır

Heyli Diddi qalmaqalına görə əri Castindən narahatdır

Supermodel Heyli Biber, əri dünya pop səhnəsinin ulduzu Castin Biberin hazırda həbsdə olan repçi və musiqi prodüseri Pi Diddiyə (əsl adı Şon Kombs) görə peşəkar yardıma ehtiyacı olduğunu düşünür.

 OLAY “Radar Online” nəşrinə  istinadən yazır ki, P.Diddinin həbsindən sonra Castin Biber təlaşa düşərək, kölgəyə çəkilib.

Bəziləri müğənninin keçmişinin şokedici təfərrüatlarının ictimaiyyətə açıqlanacağından narahat olduğunu, bəziləri isə baş verənlərin sadəcə olaraq ona yaşadığı ağrıları xatırlatdığını israr edir.

Castin başına gələnlər fonunda depresiyaya düşüb, arıqlayıb və yeriməyində problemlər yaranıb.

Bir neçə ay əvvəl Cek Blyuz adlı oğlu dünyaya gətirən həyat yoldaşı Heyli ərinin vəziyyətini heç də bəyənmir.

Heyli Castin üçün psixoterapiyaya ehtiyac duyduğu fikrindədir. O, inadla analıq sevincinə diqqət yetirərək çirkli söz-söhbətlərə məhəl qoymamağa çalışır.

Mənbənin nəşrə verdiyi açıqlamasında, model Castinin ondan nümunə götürəcəyinə və mütəxəssisə müraciət edəcəyinə inanır.

Heyli əmindir ki, Castinin indi kənardan ciddi yardıma ehtiyacı var.

Xatırladaq ki, Pi Diddinin həbsindən əvvəl onun keçmiş sevgilisi və digər zorakılıq, narkotik vasitələrin məcburi istifadəsi və cinsi istismar məqsədilə insan alveri qurbanları tərəfindən bir sıra ittihamlar irəli sürülüb. Mart ayında Diddinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və cinsi əlaqə zamanı istifadə olunan çox sayda maye materialı aşkar edilib.