Hazırda həbsdə olan dünya şöhrətli repçi Pi Diddinin (əsl adı Şon Kombs) təşkil etdiyi əxlaqsız məclislərində körpə yağını nə üçün istifadə etdiyi üzə çıxıb.
OLAY “Page Six” nəşrinə isdtinadə yazır ki, repçi yağa yuxu gətirən narkotik maddə tökərək sonra onu qurbanlarının üzərinə töküb.
Belə ki, maddə dəri vasitəsilə bədənə daxil olub və “cinsi zorakılığın iyrənc hərəkətlərini asanlaşdıraraq” yuxuya səbəb olub.
Diddinin vəhşi seks məclisləri zamanı eyni maddəni spirtli kokteyllərə qarışdırdığı da məlum olub. Daha əvvəl iddia edilmişdi ki, Diddi qurbanlarından olan bir hamilə qıza analoji dərmanı spirtsiz kokteyllə veribmiş.