Türkiyəli aktyor Cihangir Ceyhan şəxsi həyatını gözlərdən uzaqda yaşamağı seçsə də, atdığı addımla izləyicilərini təəccübləndirib.
OLAY yazır ki, sənətçi ilk dəfə həyat yoldaşı Fatma Ceyhan və oğlu İlhanla fotolarını paylaşıb.
Oğlunun doğum günündəki çəkilən fotolara “İlhan Cihangirimiz 1 yaşında” rəyini yazıb.
Qeyd edək ki, aktyor “Sıfır bir”, “Çukur”, “Alev alev” kimi seriallarda rol alıb. Hazırda isə “Camdaki kız”da Hayri obrazını canlandırır.