Fotosessiya
Fotosessiya

Havada eşq qoxusu var!

Havada eşq qoxusu var!

Əməkdar artist Lalə Məmmədova sevgi münasibətində olduğunu bildirib.

OLAY yazır ki, sənətçi bu barədə Xəzər TV-də yayımlanan “Şourum” verilişində danışıb:

“Mənim içimdə duyğular var. Səbəbi olan insan da var. Amma gizli insandır. Hələ gözəl mərhələlər keçirəm – tanıma mərhələsidir. Yola saldığımız il 43 yaşım oldu – o yaşı sevməyə başladım. Gözüm bir başqa cür açıldı. Həyatımda az şeylər olmadı – yandığım, yanıldığım anlar oldu. Artıq səhv etmək hüququm, şansım çox azdır. Valideynlərimlə yaşayıram. Atamın öz, anamın öz qayğıları var. Düzdür, biz beş bacıyıq, amma onlarla yaşadığım üçün çox məsuliyyət mənim üzərimədir. Və bu qədər şeyin içində evliliyə hazır deyiləm. Mənə elə gəlir ki, hər şeyi yerinə qoyub, sonra evlilik haqda düşünmək olar”.

Qeyd edək ki, sənətçi bir dəfə evli olub. Onun iki qız övladı var.