Fotosessiya
Fotosessiya

Pavel Durov ilk dəfə qızının fotosunu paylaşdı

Pavel Durov ilk dəfə qızının fotosunu paylaşdı

“Teleqram”ın yaradıcısı Pavel Durov ilk dəfə qızını üzə çıxarıb.

OLAY yazır ki, iş adamı övladı ilə 11 il əvvəl lentə alınan fotosunu sosial şəbəkə hesabında paylaşıb.

“Gəlin bir az ara verək və nostalji ilə məşğul olaq. Budur, böyük qızım mənə 2013-cü ilin yayında “Telegram”ı necə işə salmağım barədə təlimat verir. O, bütün bunların arxasında duran əsl beyindir, uşaqlar”, - deyə Durov paylaşdığı şəkilə şərh yazıb.

Rəsmi olaraq, 39 yaşlı Durovun iki övladı var - müvafiq olaraq 2009 və 2010-cu il təvəllüdlü bir oğlu Mixail və bir qızı var, onlar haqqında demək olar ki, heç bir şey məlum deyil, yalnız Rusiyanın ən varlı uşaqları reytinqinə daxil olmaları istisna olmaqla. 

Bu yay Durovun arvadı olduğunu bildirən İrina Bolqar adlı qadın Durovdan üç övladı olduğunu açıqlayıb.

İrina Bolqar daha əvvəl bildirmişdi ki, “Telegram” şirkətinin yarısını əldə etmək üçün Durovu məhkəməyə verməyi planlaşdırır. Onun sözlərinə görə, sözügedən platforma yarandığı gündən Pavelə “məsləhətlər” verib. Bolqar qeyd edib ki, o, bunu “birgə əldə edilmiş əmlak” hesab edir. Bundan əlavə, o, Durovu alimentlə bağlı məhkəməyə verərkən uşaqlar üçün pul qazanmaq məqsədi ilə Pavellə münasibəti haqqında kitab və film buraxmağa hazırlaşdığını bildirib..

Qeyd edək ki, Pavel Durov avqustun sonunda Paris hava limanında saxlanılıb. O, mütəşəkkil cinayətkarlıqla bağlı cinayətlərdə, o cümlədən narkotik vasitələrin və uşaq pornoqrafiyasının yayılmasında iştirakda, habelə səlahiyyətli orqanların sorğusu əsasında məlumat verməkdən imtina etməkdə ittiham olunub.

Durovla bağlı təhqiqat “Telegram” rəhbərliyinin uşaqlara qarşı seksual xarakterli zorakılıq halında Fransa hakimiyyətinin sorğusuna cavab verməməsindən sonra başlayıb. Həbsindən bir neçə gün sonra Durov polisə xəbər vermək öhdəliyi ilə zaminə buraxılıb.