Fotosessiya
Fotosessiya

Bred Pitt sevgilisi ilə Nyu-Yorkda...

Bred Pitt sevgilisi ilə Nyu-Yorkda...

Dünya şöhrətli Hollivud aktyoru Bred Pitt və onun zərgərlik dizayner sevgilisi İnes de Ramon Nyu-Yorkda paparatsiyaların obyektivinə tuş gəliblər. 

OLAY yazır ki, Bred 31 yaşlı sevgilisi ilə Manhettendə sənət qalereyasına baş çəkib, daha sonra italyan restoranı Sistinada nahar edib.

60 yaşlı Pitt ziddiyyətli tikişli sarı kostyum geyinib. İnes romantik görüşə tünd bej rəngli sviter, ətək geyinib. O, bu görünüşünü “zamşa” ayaqqablar və ağ çanta ilə tamamlayıb. 

Qeyd edək ki, Bred Pitt və zərgərlik dizayneri İnes de Ramon 2022-ci ildən birlikdədirlər və aralarında hər şey ciddidir. Bu yaxınlarda cütlük Venesiya Film Festivalında ilk dəfə “qırmızı xalı”dan keçiblər. İnes əvvəllər “The Vampire Diaries” ulduzu Pol Uesli ilə evli olub. Bred Pitt 2019-cu ildə Ancelina Colidən boşanıb. Keçmiş həyat yoldaşlarının gərgin münasibətləri var, hələ də məhkəmə yolu ilə həll edirlər və onların da altı övladı var. Onlardan üçü övladlığa götürülüb: 22 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zahara, üçü isə biolojidir: 18 yaşlı Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen. Aktyorun uşaqları ilə də çətin münasibəti var: artıq bütün qızları onun soyadından imtina ediblər.