Braziliyalı supermodel Adriana Lima son halı ilə görənləri sözün əsl mənasında məəttəl qoyub.
OLAY yazır ki, “The Rhicket” adlı filmin premyerasına qatılan 43 yaşlı podium ulduzunun 180 dərəcə dəyişib.
Üzünə vurduğu çoxsaylı dolğularını çıxartdırıb idman zalında gərgin məşq edərək 10 kiloqramdan artıq çəki atan Lima keçmişdəki vəziyyətinə geri dönüb.
Qeyd edək ki, bir müddət əvvəl A.Lima kökəlməsi və üz cizgilərinin dəyişməsi ilə gündəmə səs salıb. İzləyicilər Adriananın nəinki bədən quruluşunun dəyişdiyini, eyni zamanda onun üzünün şişkin olduğunu vurğulayaraq modellikdən uzaq parametrlərə sahibləndiyini yazıblar.
Onlar Limanın çox dar “tülkü” gözlərini və dolğuların bolluğunu tənqid edərək, keçirdiyi plastik əməliyyatları uğursuz adlandırıblar. Bəziləri hətta 2000-ci illərin ən gözəl supermodellərindən birinin artıq özünə oxşamadığını vurğulayıblar.