Fotosessiya
Fotosessiya

Ədalət Devid Vendetta ilə bir arada

Ədalət Devid Vendetta ilə bir arada

56 yaşlı Fransanın məşhur diceyi və musiqi prodüseri Devid Vendetta Azərbaycana gəlib.

OLAY yazır ki, bununla bağlı Əməkdar artist Ədalət Şükürov sosial şəbəkə hesabında paylaşım edib.

Ədalət Devidlə birgə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.

Onlar ötən gün paytaxt restoranların birində təmtəraqlı şəkildə doğum gününü qeyd edən aparıcı və aktyor Şəhriyar Əbilovun məclisində bir araya gəlib.

Qeyd edək ki, bir neçə gün əvvəl D.Vendetta Xalq artisti Aygün Kazımovanın dənizkənarı məkanların birində keçirilən konsertində çıxış edib.