Müğənni Türkan Vəlizadə kosmetoloqlardan şikayətlənib.
OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada danışıb.
T.Vəlizadə bildirib ki, kosmetoloqlar onun üzündə fəsadlar yaratdıqları üçün məcburiyyətdən bıçaq altına uzanıb:
“İllərlə kosmetoloqların yanına getdim. İnanın üzümdə o qədər fəsadlar yaratdılar ki... Sonra isə məcburiyyətdən mən plastik əməliyyat etdirdim”.
Qeyd edək ki, aylar əvvəl Türkan Vəlizadə üz gərmə və qaş qaldırma əməliyyatı etdirib.