Venesiyada keçirilən Film Festivalında Hollivud aktrisası Ancelina Colinin repçi Akala ilə birlikdə paparatsiyaların obyektivinə tuş gəlməsi ikilinin eşq yaşadığı iddialarına səbəb olub.
OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, Coliyə yaxın mənbə onların romantik münasibətdə yox, sadəcə yaxın dost olduqlarını açıqlayıb.
Üstəlik, Ancelina Akala ilə yaxşı anlaşır.
Mənbənin sözlərinə görə, Coli və onun dostu “sosial və humanitar” mövzularda həmfikirdirlər:
“Onlar insan haqları kimi qlobal problemlərə diqqət yetirən bir neçə layihə həyata keçiriblər. Ancelina dostu Akala haqqında çox yüksək fikirdədir”.