Fotosessiya
Fotosessiya

Muratdan oğlu ilə paylaşım

Muratdan oğlu ilə paylaşım

Türkiyəli aktyor Murat Ünalmış oğlu Selimlə bağlı paylaşım edib.

OLAY yazır ki, bağ evində qucağında övladı ilə çəkdirdiyi fotosunu 43 yaşlı sənətçi instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Ünalmış sözügedən şəkilə “Zaman-zaman əziz oğlumla şəkil çəkib bura qoymalıyam. Bütün dostlarıma izləyicilərimə salamlar...” şərhini yazıb.

Qeyd edək ki, 2011-2012-ci illər arasında həmkarı Birce Akalay ilə qısa müddətə evli olan Murat 2023-cü ildə Bolqar əsilli Nutiye Akar ilə ailə həyatı qurub.