Keçmiş sevgilisi “Telegram”ın sahibi Pavel Durova qarşı iddia qaldırıb.
OLAY “American Forbes” nəşrinə istinadən yazır ki, milyarderdən üç övladı olan İrina Bolqar İsveçrədə şikayət ərizəsi yazaraq, onu uşaqlarından birinə qarşı zorakılıqda ittiham edir.
Bolqarın sözlərinə görə, Durov 2017-ci ilin sentyabrında doğulan kiçik oğluna 2021-2022-ci illər arasında beş dəfə zorakılıq tətbiq edib. Nəticədə uşaq beyin sarsıntısı da daxil olmaqla xəsarətlər alıb, həmçinin yuxu problemləri və narahatlıq yaranıb. Bolqar sübut kimi 2021-ci ilin noyabrında Parisdə aralarında mübadilə edilən mesajların stenoqramını və 2023-cü ilin aprelində uşağın yaxşı yata bilmədiyi və narahatlıqdan əziyyət çəkdiyi barədə tibbi arayışı üzə çıxarıb.
Durovun fiziki zorakılıq tətbiq etməsindən üç aydan çox vaxt keçdiyi üçün Cenevrə məhkəməsi əvvəlcə iddianı qəbul etməyib, lakin Bolqar apellyasiya şikayəti verib və işə baxılıb.
Yazın əvvəlində İrina Bolqar açıq şəkildə Pavel Durovdan üç uşaq dünyaya gətirdiyini açıqlayıb. Əvvəlcə çoxları bu hekayəyə inanmayıb. Durovun özü daha sonra sperma donoru olduğunu elan edib, ona görə də haqqında çox az məlum olan iki rəsmi övladından əlavə, 12 ölkədə yüz bioloji övladı ola bilməsi haqda mətbuata müxtəlif məlumatlar sızıb.
Bolqar buna cavab olaraq, haqlı olduğuna dair sübutlar təqdim edib və Durovla münasibəti barədə açıq danışdıqdan sonra paralel münasibətdə olduğu qızların ona yazmağa başladıqlarını söyləyib.
Onlardan biri Durovun onu aldatdığı macar model Diana Bakodur.
Qeyd edək ki, Fransa məhkəməsi Durovu azad edib.