Əməkdar artist Kübra Əliyeva və aktyor Allahverdi Yolçuyev bir araya gəlib.
OLAY yazır ki, 74 yaşlı aktrisa onu ziyarət etməyə gələn həmkarını evində qonaq edib.
Əliyeva eyvanda çay süfrəsi arxasında Yolçuyevlə çəkilən fotosunu sosial şəbəkə hesabında bölüşüb.
“Bu gün sürpriz bir qonağım, sevimli aktyorumuz Allahverdi Yolçuyev məni ziyarətə gəldi, çox sevindim. Keçmişləri yada saldıq”, - deyə aktrisa bildirib.
Qeyd edək ki, bir müddət əvvəl K.Əliyeva xəstəxanadan görüntüsünü paylaşaraq, qolundan zədə aldığını söyləyib. Beş ildən artıqdır ki, parkinson xəstəliyindən əziyyət çəkən 65 yaşlı A.Yolçuyev isə iki ay əvvəl əməliyyat olunub və beyninə pil yerləşdirilib. Bununla da aktyorun əllərinin əsməsi dayanıb.